27 iyun 2026. Şənbə

"Kone hazırda Fransanın ən yaxşı yarımmüdafiəçisidir"


"Kone hazırda Fransanın ən yaxşı yarımmüdafiəçisidir"

"Arsenal"ın sabiq futbolçusu və "Cenoa"nın keçmiş baş məşqçisi Patrik Vieyra "Roma"nın yarımmüdafiəçisi Manu Kone barədə yüksək fikirlər səsləndirib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı mütəxəssis dünya çempionatında Fransa millisinin heyətində çıxış edən futbolçunu hazırda ölkəsinin ən yaxşı yarımmüdafiəçisi hesab etdiyini bildirib.

"Manu Kone "Roma"da çox uğurlu mövsüm keçirdi. Dünya çempionatına bir neçə zədədən sonra gəlsə də, mənim üçün hazırda Fransanın ən yaxşı yarımmüdafiəçisidir. Onu Orelien Tçuameni və Adrien Rabyodan üstün tutaram. O, hərəkətliliyi, aqressivliyi, top qazanmaq bacarığı və yüksək texniki keyfiyyətləri ilə seçilir. Həm hücumların qurulmasında iştirak edir, həm də oyunun istiqamətini dəyişməyi bacarır", – deyə Vieyra bildirib.

24 yaşlı futbolçu başa çatan mövsümdə İtaliya çempionatında 29 oyunda meydana çıxıb. O, iki qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Konenin həm klubunda, həm də dünya çempionatındakı uğurlu çıxışı onun transfer dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Hazırda futbolçunun bazar dəyərinin 50 milyon avronu ötüdüyü bildirilir.

Qeyd edək ki, daha əvvəl yarımmüdafiəçi ilə "İnter" maraqlansa da, hazırda onun transferinə ən ciddi namizəd kimi "Arsenal" göstərilir.







Dünya çempionatı

Seneqal İraqı darmadağın etdi
  • Dünya çempionatı
  • 01:26 27.06.2026
Seneqal İraqı darmadağın etdi
Mbappe Messini geridə qoydu
  • Dünya çempionatı
  • 01:24 27.06.2026
Mbappe Messini geridə qoydu
Ris Ceyms Panama ilə oyunu buraxa bilər
  • Dünya çempionatı
  • 23:38 26.06.2026
Ris Ceyms Panama ilə oyunu buraxa bilər