1 oktyabr 2026. Cümə axşamı

Dembele 72 ilin ən sürətli het-triklərindən birinə imza atdı


Dembele 72 ilin ən sürətli het-triklərindən birinə imza atdı

Fransa millisinin hücumçusu Usman Dembele dünya çempionatında tarixi göstəriciyə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, Norveçə qarşı qrup mərhələsinin üçüncü tur oyununda fərqlənən 29 yaşlı futbolçu ilk hissədə het-trik edib. Dembele rəqib qapısına 7-ci, 20-ci və 32-ci dəqiqələrdə qol vurub.

Statistika mütəxəssislərinin məlumatına görə, fransalı hücumçunun 32 dəqiqəyə rəsmiləşdirdiyi het-trik 1954-cü ildən bəri dünya çempionatlarında qeydə alınan ən sürətli göstərici olub.

Bu rekord sonuncu dəfə 1954-cü il mundialında Avstriya millisinin futbolçusu Erix Probst tərəfindən müəyyənləşdirilmişdi. O, Çexoslovakiya ilə oyunda 24 dəqiqə ərzində üç dəfə fərqlənmişdi.

Beləliklə, Dembele son 72 ilin ən sürətli het-triklərindən birinə imza ataraq dünya çempionatı tarixinə düşüb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər