1 oktyabr 2026. Cümə axşamı

FİFA Fransa millisinin qara sarğı ilə meydana çıxmasına icazə vermədi


FİFA Fransa millisinin qara sarğı ilə meydana çıxmasına icazə vermədi

FİFA Fransa millisinin futbolçularına dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Norveçə qarşı keçirilən oyuna qara sarğı ilə çıxmağa icazə verməyib.

90deqiqe.Az-ın məlumatına görə, Fransa yığmasının futbolçuları komandanın baş məşqçisi Didye Deşamın anasının vəfatı ilə əlaqədar matça qara sarğı ilə çıxmaq istəyiblər. Lakin beynəlxalq futbol qurumu bu təşəbbüsü təsdiqləməyib.

Qeyd edək ki, Didye Deşam ailəsində baş verən ağır itki səbəbindən Norveçlə oyunda komandanın yanında olmayıb. Fransalı mütəxəssis anasının dəfn mərasimində iştirak etmək üçün vətəninə yollanıb.

Dünya çempionatının I qrupunda ilk iki turdan sonra həm Fransa, həm də Norveç milliləri altı xal toplayaraq pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.

Hazırda Fransa millisi əlavə göstəricilərə görə qrup lideridir. Norveç ikinci pillədə qərarlaşıb. Seneqal və İraq yığmaları isə xalsızdır.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər