- Dünya çempionatı
- 01:26 27.06.2026
2026-cı il dünya çempionatının I qrupunda Norveç və Fransa milliləri arasında keçirilən üçüncü tur oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, ABŞ-də keçirilən qarşılaşmada Fransa yığması rəqibini 4:1 hesabı ilə məğlub edib.
Oyunda hesabı 7-ci dəqiqədə Usman Dembele açıb. Fransalı hücumçu 20-ci dəqiqədə fərqi artıraraq dublunu rəsmiləşdirib. Norveç millisinin yeganə qolunu 21-ci dəqiqədə Telo Osqor vurub.
Dembele 32-ci dəqiqədə daha bir dəfə fərqlənərək het-trikə imza atıb. Oyunun 50-ci dəqiqəsində Norveç millisinin futbolçusu Yörgen Strann Larsen penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşmada son nöqtəni isə 90+4-cü dəqiqədə Dezire Due qoyub.
Beləliklə, Fransa millisi qrup mərhələsini doqquz xalla lider kimi başa vurub. Altı xal toplayan Norveç yığması isə ikinci pillədə qərarlaşıb.
Fransa millisi 1/16 final mərhələsində Şotlandiya, Paraqvay, İsveç, Belçika və ya Kabo-Verde ilə qarşılaşacaq. Norveçin rəqibi isə Kot-d'İvuar millisi olacaq.