1 oktyabr 2026. Cümə axşamı

Mbappe Messini geridə qoydu


Mbappe Messini geridə qoydu

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında məhsuldarlıq göstəricisinə görə Lionel Messini geridə qoyub.

90deqiqe.Az-ın məlumatına görə, Norveçə qarşı qrup mərhələsinin üçüncü tur oyununda iki məhsuldar ötürmə edən fransalı futbolçunun turnirdəki göstəricisi 4 qol və 2 assistə yüksəlib.

Beləliklə, Mbappe "qol+assist" sistemində altı məhsuldar hərəkətə imza ataraq bu göstəricidə Argentina millisinin ulduzu Lionel Messini qabaqlayıb. Messinin hesabında isə beş qol var.

Qeyd edək ki, Fransa və Norveç milliləri dünya çempionatının I qrupunda ilk iki turdan sonra altı xal toplayaraq pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.

Hazırda Fransa millisi qrup lideridir. Norveç ikinci pillədə qərarlaşıb. Seneqal və İraq yığmaları isə xalsızdır.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər