11 avqust 2026. Çərşənbə axşamı

Seneqal İraqı darmadağın etdi


Seneqal İraqı darmadağın etdi

2026-cı il dünya çempionatının I qrupunda Seneqal və İraq milliləri arasında keçirilən üçüncü tur oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Kanadada baş tutan qarşılaşmada Seneqal yığması rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Oyunda hesabı 4-cü dəqiqədə Habib Diarra açıb. İraq millisinin futbolçusu Rebin Sulaka isə 13-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

İkinci hissədə Afrika təmsilçisinin üstünlüyü daha da artıb. İsmaila Sarr 56-cı dəqiqədə fərqlənib. Ardınca Pap Geye 59-cu və 71-ci dəqiqələrdə vurduğu qollarla dubl edib. Matçda son nöqtəni isə 82-ci dəqiqədə İliman Ndiaye qoyub.

Beləliklə, Seneqal millisi qrup mərhələsini üç xalla üçüncü pillədə başa vurub. İraq yığması isə üç oyundan sonra xal qazana bilməyərək sonuncu yerdə qərarlaşıb.

Qrupun qalibi doqquz xalla Fransa millisi olub. Norveç yığması isə altı xalla ikinci yeri tutaraq pley-off mərhələsinə yüksəlib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər