1 oktyabr 2026. Cümə axşamı

İranla heç-heçə edən Misir tarixində ilkə imza atdı


İranla heç-heçə edən Misir tarixində ilkə imza atdı

Futbol üzrə dünya çempionatında G qrupunun III turu çərçivəsində Misir və İran milliləri üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, Sietldə keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı erkən dəqiqələrdə Misir yığması açıb. Komandanın heyətində Mahmud Saber 5-ci dəqiqədə fərqlənərək afrikalıları önə keçirib. Lakin İran millisi uzun müddət geridə qalmayıb. Ramin Rezaeyan 14-cü dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.

Görüşün qalan hissəsində tərəflərin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və komandalar hərəyə bir xalla kifayətləniblər.

Bu nəticə Misir millisi üçün tarixi əhəmiyyət daşıyıb. Xal ehtiyatını 5-ə çatdıran Afrika təmsilçisi dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.

Qeyd edək ki, Misir 1/8 final mərhələsində Avstraliya millisi ilə qarşılaşacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər