12 avqust 2026. Çərşənbə

Yeni Zelandiya Belçika qarşısında aciz qaldı


Yeni Zelandiya Belçika qarşısında aciz qaldı

Futbol üzrə dünya çempionatında G qrupunun III turu çərçivəsində Belçika və Yeni Zelandiya milliləri qarşılaşıblar.

90deqiqe.Az-ın məlumatına görə, Kanadanın Vankuver şəhərində yerləşən "BC Place" stadionunda keçirilən görüş Avropa təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Belçika yığması rəqibini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə iddiasını gücləndirib.

Qarşılaşmada Belçikanın qələbəsində Leandro Trossardın xüsusi payı olub. Təcrübəli futbolçu 28-ci və 50-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb.

Komandanın digər qollarını Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar.

Yeni Zelandiya millisinin heyətində isə yeganə qola 84-cü dəqiqədə Cast Elaydca imza atıb.

Beləliklə, Belçika dünya çempionatının qrup mərhələsini inamlı qələbə ilə başa vurub.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı