12 avqust 2026. Çərşənbə

İspaniya Uruqvayı minimal hesabla məğlub etdi


İspaniya Uruqvayı minimal hesabla məğlub etdi

Futbol üzrə dünya çempionatında H qrupunun III turu çərçivəsində İspaniya və Uruqvay milliləri üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, Qvadalxara stadionunda keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib. Oyunun taleyini isə cəmi bir qol həll edib.

Matçın 42-ci dəqiqəsində Aleks Baena rəqib qapısına yol taparaq İspaniya yığmasını hesabda önə keçirib. Bu qol görüşdə yeganə dəqiq zərbə olub və "qırmızı furiyalar"a vacib qələbə qazandırıb.

Beləliklə, Uruqvayı 1:0 hesabı ilə məğlub edən İspaniya xallarının sayını 7-yə çatdıraraq H qrupunu lider kimi başa vurub və pley-off mərhələsinə birinci pillədən yüksəlib.

Qeyd edək ki, İspaniya növbəti mərhələyə qrup qalibi statusunda vəsiqə qazanıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı