12 avqust 2026. Çərşənbə

Kabo-Verde dünya çempionatında tarixi uğura imza atdı


Kabo-Verde dünya çempionatında tarixi uğura imza atdı

Futbol üzrə dünya çempionatında H qrupunun III turunun növbəti oyununda Kabo-Verde və Səudiyyə Ərəbistanı milliləri qarşılaşıblar.

90deqiqe.Az-ın məlumatına görə, Hyustonda keçirilən görüşdə tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb. Beləliklə, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Bu nəticə Kabo-Verde millisi üçün tarixi uğurla yadda qalıb. Afrika təmsilçisi qrup mərhələsini 3 xalla ikinci pillədə başa vuraraq dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.

Ardıcıl üçüncü matçında da məğlub olmayan Kabo-Verde növbəti mərhələdə son dünya çempionu Argentina ilə üz-üzə gələcək.

Səudiyyə Ərəbistanı millisi isə 2 xalla H qrupunda sonuncu yeri tutaraq mundialla erkən vidalaşıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı