12 avqust 2026. Çərşənbə

İngiltərə Panamaya şans vermədi


İngiltərə Panamaya şans vermədi

ABŞ-də keçirilən futbol üzrə dünya çempionatında İngiltərə millisi qrup mərhələsini qələbə ilə başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, L qrupunun III turu çərçivəsində Nyu-York/Nyu-Cersi stadionunda Panama ilə üz-üzə gələn Tomas Tuxelin komandası rəqibini 2:0 hesabı ilə məğlub edib.

Matçın ilk hissəsində hesab açılmasa da, ikinci yarıda ingilislər üstünlüyünü qollara çeviriblər. Hesabı 62-ci dəqiqədə Cud Bellinqem açıb. Cəmi beş dəqiqə sonra Harri Keyn fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.

Bu qələbə sayəsində İngiltərə millisi xallarının sayını 7-yə çatdıraraq L qrupunu birinci pillədə tamamlayıb və dünya çempionatının pley-off mərhələsinə qrup lideri kimi vəsiqə qazanıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı