12 avqust 2026. Çərşənbə

Xorvatiya Qananı məğlub edərək pley-offa yüksəldi


Xorvatiya Qananı məğlub edərək pley-offa yüksəldi

ABŞ-də keçirilən futbol üzrə dünya çempionatında Xorvatiya millisi qrup mərhələsini qələbə ilə başa vuraraq pley-offa vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, L qrupunun III turu çərçivəsində Filadelfiya stadionunda Qana ilə qarşılaşan Balkan təmsilçisi gərgin keçən oyunda 2:1 hesablı qələbəyə sevinib.

Xorvatiya hesabı matçın 31-ci dəqiqəsində Petar Suçiçin qolu ilə açıb. Qana 73-cü dəqiqədə Derik Lukasenin dəqiq zərbəsi ilə tarazlığı bərpa etsə də, avropalılar cəmi 10 dəqiqə sonra yenidən önə keçiblər. Nikola Vlaşiç 83-cü dəqiqədə fərqlənərək komandasına vacib üç xalı qazandırıb.

Bu nəticə ilə Xorvatiya xallarının sayını 6-ya çatdıraraq L qrupunu ikinci pillədə başa vurub və dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Qana isə 4 xalla qrupu sonuncu sırada tamamlayaraq mundialla vidalaşıb.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı