13 iyul 2026. Bazar ertəsi

Kolumbiya və Portuqaliya pley-offa yüksəldi


Kolumbiya və Portuqaliya pley-offa yüksəldi

2026-cı il dünya çempionatının K qrupunda Kolumbiya və Portuqaliya milliləri arasında keçirilən üçüncü tur oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-də baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Kolumbiya millisinin müdafiəçisi Davinson Sançesin 90+1-ci dəqiqədə vurduğu qol oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb.

Bu nəticədən sonra hər iki komanda dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

Kolumbiya millisi üç oyundan sonra topladığı yeddi xalla K qrupunu birinci pillədə başa vurub. Beş xalı olan Portuqaliya yığması isə ikinci yeri tutaraq növbəti mərhələyə yüksəlib.

Qrupda Konqo Demokratik Respublikası və Özbəkistan milliləri ilk iki pillədən kənarda qalıblar.







Dünya çempionatı