12 avqust 2026. Çərşənbə

Konqo Özbəkistanı məğlub edərək pley-offa yüksəldi


Konqo Özbəkistanı məğlub edərək pley-offa yüksəldi

2026-cı il dünya çempionatının K qrupunda Konqo Demokratik Respublikası və Özbəkistan milliləri arasında keçirilən üçüncü turun oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-də keçirilən qarşılaşmada Afrika təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Qalib komandanın heyətində Yoan Vissa iki dəfə, Fiston Mayele isə bir dəfə fərqlənib. Özbəkistan millisinin yeganə qolunu Eldor Şomurodov vurub.

Bu qələbə sayəsində Konqo Demokratik Respublikası millisi dörd xalla K qrupunda üçüncü yeri tutaraq dünya çempionatının 1/16 final mərhələsinə vəsiqə qazanıb.

Üç oyundan sonra xal hesabını aça bilməyən Özbəkistan millisi isə qrupu sonuncu pillədə başa vuraraq turnirlə vidalaşıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı