13 iyul 2026. Bazar ertəsi

Argentina mundialda üçdə üç etdi


Argentina mundialda üçdə üç etdi

ABŞ-də keçirilən futbol üzrə dünya çempionatında Argentina millisi qrup mərhələsində üçüncü qələbəsini qazanaraq pley-offa inamla yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, J qrupunun III turunda Dallas stadionunda İordaniya ilə qarşılaşan Cənubi Amerika təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

Argentina millisinin qollarını 18-ci dəqiqədə Covani Lo Çelso, 31-ci dəqiqədə Lautaro Martines və 80-ci dəqiqədə komandanın kapitanı Lionel Messi vurublar. İordaniyanın yeganə qoluna isə 55-ci dəqiqədə Musa Əl-Tamari imza atıb.

Bu qələbə sayəsində Argentina xallarının sayını 9-a çatdıraraq J qrupunu maksimum nəticə ilə lider kimi başa vurub. Xal qazana bilməyən İordaniya isə dünya çempionatı ilə vidalaşıb.

Beləliklə, Argentina 1/16 final mərhələsində H qrupunun ikincisi Kabo-Verde ilə qarşılaşacaq.

Qeyd edək ki, Argentina – İordaniya və Əlcəzair – Avstriya görüşlərinin ardından DÇ-2026-nın qrup mərhələsinə rəsmən yekun vurulub.







Dünya çempionatı