12 avqust 2026. Çərşənbə

90+6-da gələn qol Avstriyanı xilas etdi


90+6-da gələn qol Avstriyanı xilas etdi

ABŞ-də keçirilən futbol üzrə dünya çempionatında J qrupunun son turu dramatik qarşılaşma ilə yadda qalıb.

90deqiqe.Az-ın məlumatına görə, Kanzas stadionunda baş tutan Əlcəzair – Avstriya matçında tərəflər 3:3 hesablı heç-heçəyə razılaşıblar.

Oyunda hesabı 28-ci dəqiqədə Marko Arnautoviç açsa da, Əlcəzair Rafik Belqalinin 45-ci dəqiqədə vurduğu qolla fasiləyə bərabərliklə yollanıb. İkinci hissədə Marsel Zabitçer Avstriyanı yenidən önə çıxarıb. Bundan sonra Riyad Mahrez səhnəyə çıxaraq əvvəlcə 60-cı dəqiqədə hesabı bərabərləşdirib, əlavə olunmuş vaxtın üçüncü dəqiqəsində isə komandasını önə keçirib. Lakin Avstriya son sözü deyib. Saşa Kalaydziç 90+6-cı dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.

Bu nəticə ilə Avstriya J qrupunu ikinci pillədə başa vuraraq dünya çempionatının 1/16 final mərhələsinə yüksəlib. Avropa təmsilçisi növbəti mərhələdə İspaniya ilə qarşılaşacaq.

Əlcəzair isə ən yaxşı üçüncü yerlərdən biri kimi pley-offa vəsiqə qazanıb. Afrika təmsilçisinin 1/16 finaldakı rəqibi İsveçrə olacaq.

Qeyd edək ki, Əlcəzair – Avstriya və Argentina – İordaniya oyunları ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulub.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı