18 iyul 2026. Şənbə

DÇ-2026: 1/16 finalın bütün cütləri bəlli oldu


DÇ-2026: 1/16 finalın bütün cütləri bəlli oldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub və 1/16 finalın bütün cütləri rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, J qrupunun son oyunlarından sonra pley-off mərhələsində üz-üzə gələcək bütün komandalar müəyyənləşib. Turnirin həlledici mərhələsində dünya futbolunun aparıcı yığmaları növbəti raund uğrunda mübarizəyə başlayacaqlar.

1/16 final mərhələsinin oyunları 28 iyun – 4 iyul tarixləri arasında keçiriləcək.

Pley-off mərhələsinin cütləri:

28 iyun

  • 23:00 – Cənubi Afrika Respublikası – Kanada

29 iyun

  • 21:00 – Braziliya – Yaponiya

30 iyun

  • 00:30 – Almaniya – Paraqvay
  • 05:00 – Niderland – Mərakeş
  • 21:00 – Fildişi Sahili – Norveç

1 iyul

  • 01:00 – Fransa – İsveç
  • 05:00 – Meksika – Ekvador
  • 20:00 – İngiltərə – Konqo Demokratik Respublikası

2 iyul

  • 00:00 – Belçika – Seneqal
  • 04:00 – ABŞ – Bosniya və Herseqovina
  • 23:00 – İspaniya – Avstriya

3 iyul

  • 03:00 – Portuqaliya – Xorvatiya
  • 07:00 – İsveçrə – Əlcəzair
  • 22:00 – Avstraliya – Misir

4 iyul

  • 02:00 – Argentina – Kabo-Verde
  • 05:30 – Kolumbiya – Qana

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatında pley-off mərhələsinə hər qrupun ilk iki pilləsini tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da yüksəlib. Mundialın final oyunu iyulun 19-da keçiriləcək.







Dünya çempionatı

"O, artıq gənc əfsanədir"
  • Dünya çempionatı
  • 23:24 17.07.2026
"O, artıq gənc əfsanədir"
"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"