15 iyul 2026. Çərşənbə

Messi cərimə zərbəsi qollarında Pernambukanoya çatdı


Messi cərimə zərbəsi qollarında Pernambukanoya çatdı

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının qrup mərhələsinin üçüncü turunda İordaniya ilə oyunda (3:1) vurduğu cərimə zərbəsi qolu ilə növbəti rekorda imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, bu qoldan sonra Messi braziliyalı Juninyo Pernambukano ilə cərimə zərbələrindən vurulan qolların sayına görə bərabərləşib. Hər iki futbolçunun aktivində milli komandalar və klubların yüksək liqalarında keçirilən oyunlarda vurulan 72 cərimə zərbəsi qolu var.

Bəzi statistik mənbələrdə Messinin qarşısında üç braziliyalı futbolçunun yer aldığı bildirilir. Marselinyo Karioka 78, Jair Roza Pinto 74, Roberto Dinamit isə 73 cərimə zərbəsi qolu ilə qeyd olunur. Lakin bu göstəricilərin tam təsdiqlənmədiyi vurğulanır.

Siyahıda Messi və Juninyo Pernambukanodan sonra Markos Assunsao 68, Sinişa Mixayloviç isə 67 cərimə zərbəsi qolu ilə qərarlaşıb.







Dünya çempionatı

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı