12 avqust 2026. Çərşənbə

"Bellinqem çətin anlarda komandanı xilas edən futbolçudur"


"Bellinqem çətin anlarda komandanı xilas edən futbolçudur"

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi dünya çempionatında Cud Bellinqemin çıxışını yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, o, çətin anlarda komandanı irəli aparacaq futbolçuların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

"Çətin vəziyyətlərdə komandanı həmin durumdan çıxarmaq üçün Bellinqem kimi futbolçuya ehtiyac olur. Belə məqamlarda ağlıma Stiven Cerrard, Roy Kin və Cud Bellinqem kimi oyunçular gəlir", - deyə Runi bildirib.

Cud Bellinqem 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində üç oyuna çıxıb. Yarımmüdafiəçi iki qol vurub, bir məhsuldar ötürmə edib və üç qarşılaşmanın ikisində matçın ən yaxşı oyunçusu seçilib.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı