12 avqust 2026. Çərşənbə

"Messi Peleni üstələyən yeganə futbolçudur" - Donald Tramp


"Messi Peleni üstələyən yeganə futbolçudur"  - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Argentina millisinin kapitanı Lionel Messi haqqında diqqətçəkən fikirlər səsləndirib.

90deqiqe.Az-ın məlumatına görə, o, argentinalı ulduzun futbol tarixinin ən böyük oyunçularından biri olduğunu vurğulayıb.

"Yalnız bir futbolçu haqqında deyə bilərəm ki, o, Peleni üstələyir. Bu da Messidir. Onun oyununu izləmək insana böyük zövq verir", – deyə Donald Tramp bildirib.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının qrup mərhələsinin son turunda İordaniyanı 3:1 hesabı ilə məğlub edərək qrup lideri kimi 1/16 final mərhələsinə yüksəlib. Görüşdə komandasının qollarından birinə Lionel Messi imza atıb. Təcrübəli hücumçu qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmada fərqlənməyi bacarıb.

Messi hazırda altı qolla turnirin bombardirləri siyahısına başçılıq edir.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı