18 iyul 2026. Şənbə

İnfantino 17 günə 27 dəfə şəxsi təyyarə ilə uçub


İnfantino 17 günə 27 dəfə şəxsi təyyarə ilə uçub

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino dünya çempionatının ilk 17 günü ərzində 24 oyunu izləmək üçün 27 dəfə şəxsi təyyarədən istifadə edib.

90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, federasiya ilə əlaqəli təyyarə bu müddətdə 50 min kilometrdən çox məsafə qət edib və ümumilikdə 66 saatdan artıq havada olub.

Mütəxəssislərin hesablamalarına əsasən, bu uçuşlar nəticəsində atmosferə təxminən 516 ton istixana qazı buraxılıb. Bu göstərici il ərzində orta hesabla 78 nəfərin yaratdığı karbon emissiyasına bərabərdir.

Ən uzun uçuş 4 507 kilometr təşkil edib.

Beynəlxalq Futbol Federasiyası bildirib ki, Canni İnfantino zəruri hallarda müntəzəm sərnişin reyslərindən də istifadə edir. Lakin qurum şəxsi təyyarə səfərlərinin təfərrüatları və ətraf mühitə dəyən zərərin kompensasiyası ilə bağlı sualları cavablandırmayıb.

Tənqidçilər isə şəxsi təyyarələrdən bu səviyyədə istifadənin federasiyanın ekoloji baxımdan davamlı dünya çempionatı keçirmək barədə verdiyi vədlərlə ziddiyyət təşkil etdiyini bildirirlər.

Xatırladaq ki, Beynəlxalq Futbol Federasiyası 2030-cu ilədək istixana qazı emissiyalarını 50 faiz azaltmağı, 2040-cı ilədək isə bu göstəricini sıfıra endirməyi öhdəsinə götürüb.







Dünya çempionatı

"O, artıq gənc əfsanədir"
  • Dünya çempionatı
  • 23:24 17.07.2026
"O, artıq gənc əfsanədir"
"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"