29 iyun 2026. Bazar ertəsi

İbrahimoviç Fransanı mundialın əsas favoriti adlandırdı


İbrahimoviç Fransanı mundialın əsas favoriti adlandırdı

İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatının əsas favoriti kimi Fransa millisini göstərib.

90deqiqe.Az xəbər verir ki, sabiq hücumçu Fransa yığmasının oyun səviyyəsinə görə əksər rəqiblərini üstələdiyini və turnirin qalibi olmağa ən real namizəd olduğunu bildirib.

"Fransa millisi bu dünya çempionatının əsas favoritidir. Rəqiblərin yalnız o halda şansı ola bilər ki, Didye Deşamın komandası oyuna arxayın yanaşsın", – deyə Zlatan İbrahimoviç bildirib.

Qeyd edək ki, Fransa millisi qrup mərhələsini maksimum nəticə ilə başa vuraraq üç oyunda doqquz xal toplayıb. "Üçrənglilər" 1/16 final mərhələsində İsveç millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, Fransa millisi 2018-ci il dünya çempionatının qalibi olub. Komanda 2022-ci ildə Qətərdə keçirilən mundialda isə gümüş medallara sahib çıxıb.







Dünya çempionatı