1 oktyabr 2026. Cümə axşamı

"Deşam yaşadığı ağır itkini komandaya hiss etdirməməyə çalışır"


"Deşam yaşadığı ağır itkini komandaya hiss etdirməməyə çalışır"

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyot komandanın baş məşqçisi Didye Deşamın hazırkı vəziyyəti barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" təcrübəli futbolçunun dediklərini belə çatdırıb.

"Bu hadisə hamımız üçün böyük sarsıntı oldu. O, dərin kədər yaşayır, lakin bunu komandaya təsir etməməsi üçün mümkün qədər büruzə verməməyə çalışır. Biz hamımız onun ətrafında birləşmişik. Nələr hiss etdiyini anlayırıq və ona mənəvi dəstək olmağa çalışırıq", – deyə Rabio bildirib.

Qeyd edək ki, təcrübəli mütəxəssisin anası dünyasını dəyişdiyi üçün o, 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Norveçə qarşı keçirilən və Fransa yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatan oyunda komandasına rəhbərlik edə bilməmişdi. 

Əlavə edək ki, Fransa millisi dünya çempionatının 1/16 final mərhələsində iyulun 1-də İsveç yığması ilə qarşılaşacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər