- Dünya çempionatı
- 00:20 30.06.2026
Çexiya millisinin baş məşqçisi Miroslav Koubek vəzifəsindən ayrılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Miroslav Koubek 2025-ci ilin dekabrında Çexiya millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda seçmə mərhələnin pley-off oyunlarında İrlandiya və Danimarka yığmalarını məğlub edərək 20 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanmışdı.
Lakin 2026-cı il dünya çempionatında Çexiya millisinin çıxışı uğursuz alınıb. Komanda qrup mərhələsində keçirdiyi üç oyunda cəmi bir xal toplayaraq turnirlə erkən vidalaşıb. Çexlər əvvəlcə Cənubi Koreyaya 1:2 hesabı ilə uduzub, daha sonra Cənubi Afrika Respublikası ilə 1:1 hesablı heç-heçə edib, son turda isə Meksikaya 0:3 hesabı ilə məğlub olublar.