1 oktyabr 2026. Cümə axşamı

Forlan Musleranın uğursuz çıxışının səbəbini açıqladı


Forlan Musleranın uğursuz çıxışının səbəbini açıqladı

Uruqvay millisinin sabiq hücumçusu Dieqo Forlan yığmanın qapıçısı Fernando Musleranın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışının səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Forlan bu barədə "ESPN"ə danışıb.

Onun sözlərinə görə, İspaniyaya qarşı qrup mərhələsinin son oyunundan əvvəl Musleranın hərarəti 40-41 dərəcəyə qədər yüksəlib.

"Fernando ağır vəziyyətdə idi. Buna baxmayaraq meydana çıxdı və komandasına kömək etməyə çalışdı. Fasilədə özü əvəzlənməsini istədi", - deyə Forlan bildirib.

Qeyd edək ki, təcrübəli qolkiper qrup mərhələsində buraxdığı ən azı üç qolda həlledici səhvlərə yol verib. İspaniya ilə görüşdə də Aleks Baenanın zərbəsini dəf edə bilməyərək yeganə qola səbəb olub.

Həmin oyunda 0:1 hesabı ilə məğlub olan Uruqvay millisi qrupu üçüncü pillədə başa vuraraq dünya çempionatı ilə vidalaşıb.

Forlanın sözlərinə görə, qarşılaşmadan sonra Muslera Uruqvay xalqından üzr istəyib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər