1 oktyabr 2026. Cümə axşamı

Braziliya son dəqiqə qolu ilə 1/8 finala yüksəldi


Braziliya son dəqiqə qolu ilə 1/8 finala yüksəldi

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Braziliya millisi Yaponiya yığmasını dramatik mübarizədə məğlub edərək növbəti mərhələyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadium"da keçirilən qarşılaşma Braziliya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 29-cu dəqiqədə Yaponiya millisinin yarımmüdafiəçisi Kaysyu Sano açıb. Braziliya yığması ikinci hissədə tarazlığı bərpa edib. Kazemiro 56-cı dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib.

Görüşün taleyi əlavə olunmuş vaxtda həll olunub. Qabriel Martinelli 90+6-cı dəqiqədə vurduğu qolla Braziliyaya qələbə qazandırıb.

Bu nəticədən sonra Braziliya millisi dünya çempionatının 1/8 finalına yüksəlib. Komanda növbəti mərhələdə Kot-d'İvuar – Norveç cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin hazırkı çempionu Argentina millisidir.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər