17 iyul 2026. Cümə

"O, futbolun ən böyük simalarındandır"


"O, futbolun ən böyük simalarındandır"

Kolumbiya millisinin sabiq futbolçusu Xames Rodriqes keçmiş komanda yoldaşı Kriştianu Ronaldu ilə dostluq münasibətlərindən danışıb.

90deqiqe.Az xəbər verir ki, hazırda ABŞ-də keçirilən dünya çempionatında yenidən üz-üzə gələn futbolçular barədə danışan Xames Ronaldo haqqında xoş sözlər söyləyib.

"Kriştianu mənim yaxın dostlarımdan biridir. "Real Madrid"də birlikdə çıxış etdiyimiz dövrdə tez-tez onun evində olurdum. O, 41 yaşında olmasına baxmayaraq, hələ də futbolun ən böyük simalarından biridir. Ona səmimi-qəlbdən uğurlar arzulayıram", - deyə Xames "ESPN"ə açıqlamasında bildirib.

Qeyd edək ki, Xames Rodriqes 2020-ci ildə "Real Madrid"dən ayrılıb. Kriştiano Ronaldo isə Madrid klubu ilə yollarını ondan iki il əvvəl ayırmışdı.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"