17 iyul 2026. Cümə

Kazemiro Braziliya – Yaponiya matçının ən yaxşısı seçildi


Kazemiro Braziliya – Yaponiya matçının ən yaxşısı seçildi

2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Braziliya millisinin Yaponiya üzərində qazandığı qələbənin ən yaxşı futbolçusu müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası qarşılaşmanın ən yaxşı oyunçusu adına Braziliya millisinin yarımmüdafiəçisi Kazemironu layiq görüb.

Təcrübəli futbolçu görüş ərzində məhsuldar çıxışı ilə seçilib və komandasının hesabı bərabərləşdirməsinə imkan verən qolu vurub.

Bununla belə, Kazemiro matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda əvəzlənib. Məlumata görə, yarımmüdafiəçi əvəzlənməzdən əvvəl bud nahiyəsində ağrı hiss edib. Onun zədə aldığı ehtimal olunur.

Xatırladaq ki, Braziliya millisi Yaponiya yığmasını 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Kot-d'İvuar – Norveç cütünün qalibi ilə qarşılaşacaq.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"