1 oktyabr 2026. Cümə axşamı

Bruno Quimareş Pelenin rekorduna bir addım da yaxınlaşdı


Bruno Quimareş Pelenin rekorduna bir addım da yaxınlaşdı

Braziliya millisinin yarımmüdafiəçisi Bruno Quimareş 2026-cı il dünya çempionatında diqqətçəkən göstəriciyə imza atıb.

90deqiqe.Az xəbər verir ki, Braziliyanın Yaponiya üzərində 2:1 hesablı qələbə qazandığı 1/16 final oyununda Qabriel Martinellinin vurduğu həlledici qolun məhsuldar ötürməsini məhz Quimareş edib.

Bununla da 27 yaşlı futbolçu mundialda məhsuldar ötürmələrinin sayını dördə çatdıraraq turnirin ən yaxşı assistenti olub.

Dünya çempionatlarının tarixində bir turnirdə Brunodan daha çox məhsuldar ötürmə edən son braziliyalı əfsanəvi Pele olub. Futbol kralı 1970-ci il dünya çempionatında komanda yoldaşlarına altı qol ötürməsi vermişdi.

Qeyd edək ki, Braziliya millisi 1/8 finalda Kot-d'İvuar – Norveç cütünün qalibi ilə qarşılaşacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər