30 iyun 2026. Çərşənbə axşamı

Ançelotti Neymarı niyə meydana buraxmadığını açıqladı


Ançelotti Neymarı niyə meydana buraxmadığını açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Yaponiya üzərində qazanılan 2:1 hesablı əzmkar qələbədən sonra Neymarın ehtiyat oyunçular skamyasında qalmasına aydınlıq gətirib.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis futbolçunu yalnız əlavə vaxt ehtimalı üçün saxladığını bildirib.

"Soyuqqanlılığımızı itirmədik. Həm meydanda, həm də ehtiyatda kifayət qədər seçimimiz var idi. Yaponiya çox intizamlı və yüksək tempdə oynayan güclü rəqibdir.

Neymarı əlavə vaxta saxlamışdım. Əgər ikinci qolu vura bilməsəydik, onu 105-ci dəqiqədə meydana buraxacaqdım. Komanda yaxşı oynadığı üçün oyun strukturunu dəyişmək istəmədim", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Braziliya millisi bu qələbə sayəsində dünya çempionatının 1/8 finalına yüksəlib. "Selesao" növbəti mərhələdə Kot-d'İvuar – Norveç cütünün qalibi ilə qarşılaşacaq.







Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"