- Dünya çempionatı
- 00:20 30.06.2026
Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro yaxın günlərdə əfsanəvi Bebetonun rekordunu yeniləyə bilər.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu dünya çempionatının 1/16 finalında Yaponiya ilə keçirilən oyunda qol vurarkən 34 yaş 126 günlük olub.
Hazırda Braziliya millisinin heyətində ən yaşlı qol müəllifi rekordu Bebetoya məxsusdur. O, yığmadakı son qolunu 34 yaş 137 günlük olarkən vurub.
Kazemironun bu rekordu yeniləməsi üçün Braziliya millisinin ən azı dünya çempionatının dörddəbir finalına yüksəlməsi və yarımmüdafiəçinin həmin görüşdə fərqlənməsi lazımdır.
Xatırladaq ki, Yaponiya ilə qarşılaşmada Braziliya 2:1 hesablı əzmkar qələbə qazanaraq 1/8 finala yüksəlib. Kazemiro oyunda hesabı bərabərləşdirən qolu 56-cı dəqiqədə vurub.
Braziliya növbəti mərhələdə Norveç – Kot-d'İvuar cütünün qalibi ilə üz-üzə gələcək.