- Dünya çempionatı
- 00:20 30.06.2026
Braziliya millisinin hücumçusu Qabriel Martinelli dünya çempionatının 1/16 finalında Yaponiya ilə oyundan sonra qələbə qolunu şərh edib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində fərqlənərək komandasına 2:1 hesablı qələbə qazandıran futbolçu sevincini gizlətməyib.
"Düzünü desəm, söz tapa bilmirəm. Sadəcə komandama kömək etdiyim üçün çox xoşbəxtəm. Sol cinahda, yoxsa mərkəzdə oynamağımın fərqi yoxdur. Əsas odur ki, komandama fayda verə bildim", - deyə Martinelli bildirib.
Qeyd edək ki, "Arsenal"ın futbolçusu ikinci hissədə meydana daxil olub və kompensasiya olunmuş vaxtın son dəqiqəsində vurduğu qol sayəsində Braziliya millisini 1/8 finala daşıyıb.
Braziliya növbəti mərhələdə Kot-d'İvuar – Norveç cütünün qalibi ilə qarşılaşacaq.