1 oktyabr 2026. Cümə axşamı

"Bacardığımız hər şeyi etdik"


"Bacardığımız hər şeyi etdik"

Yaponiya millisinin baş məşqçisi Hacime Moriyasu dünya çempionatının 1/16 finalında Braziliyaya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, yaponiyalı mütəxəssis komandasının turnirlə erkən vidalaşmasından məyus olduğunu bildirib.

"Bu mərhələdə turniri tərk etdiyimiz üçün çox məyusam. Lakin futbolçularım bu gün də, bizi bura gətirən bütün yol boyunca olduğu kimi, sonadək mübarizə apardılar və bütün güclərini ortaya qoydular. Məşqçilər korpusu da komandaya kömək etmək üçün əlindən gələni etdi.

Hazırda özümü boşalmış hiss edirəm. Çünki bacardığımız hər şeyi etdik. Bununla belə, bu nəticəni qəbul edirəm və ümid edirəm ki, bu məğlubiyyət gələcəkdə millimizi daha da gücləndirəcək", - deyə Moriyasu bildirib.

Qeyd edək ki, Yaponiya millisinin dünya çempionatının pley-off mərhələsinin ilk oyununda mübarizəni dayandırması cari əsrdə artıq beşinci dəfə təkrarlanıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər