15 avqust 2026. Şənbə

Mərakeş penaltilərdə Niderlandı mübarizədən kənarlaşdırdı


Mərakeş penaltilərdə Niderlandı mübarizədən kənarlaşdırdı

Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu dramatik sonluqla yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, Monterrey stadionunda keçirilən qarşılaşmada Mərakeş və Niderland milliləri üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Niderland yığmasını 72-ci dəqiqədə Kodi Qapkonun qolu hesabda önə çıxarsa da, Mərakeş 90+1-ci dəqiqədə İssa Diopun dəqiq zərbəsi ilə məğlubiyyətdən xilas olub.

Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Mərakeş millisi 3:2 hesablı üstünlüklə 1/8 finala vəsiqə qazanıb.

Afrika təmsilçisi növbəti mərhələdə Kanada millisi ilə qarşılaşacaq. Görüş iyulun 4-də keçiriləcək.







Dünya çempionatı