1 iyul 2026. Çərşənbə

Holand Norveçi 1/8 finala daşıdı


Holand Norveçi 1/8 finala daşıdı

Futbol üzrə 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Fil Dişi Sahili və Norveç milliləri üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Norveç yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab 39-cu dəqiqədə açılıb. Antonio Nusa fərqlənərək Norveçi önə keçirib. Fil Dişi Sahili yığması 74-cü dəqiqədə Amad Diallonun qolu ilə tarazlığı bərpa edib. Matçın taleyini isə 86-cı dəqiqədə Erlinq Holand həll edib. Ulduz hücumçunun vurduğu qol Norveçə növbəti mərhələyə vəsiqə qazandırıb.

Beləliklə, Norveç millisi dünya çempionatının 1/8 finalında Braziliya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatının son qalibi Argentina millisidir. Cənubi Amerika təmsilçisi 2022-ci ildə keçirilən mundialın finalında Fransanı penaltilər seriyasında məğlub edərək çempion olub.







Dünya çempionatı

Holand Mbappe ilə eyni göstəriciyə çatdı
  • Dünya çempionatı
  • 00:30 01.07.2026
Holand Mbappe ilə eyni göstəriciyə çatdı
"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"
  • Dünya çempionatı
  • 00:23 01.07.2026
"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"
Holand Norveçi 1/8 finala daşıdı
  • Dünya çempionatı
  • 23:07 30.06.2026
Holand Norveçi 1/8 finala daşıdı