1 iyul 2026. Çərşənbə

"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"


"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"

Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlub olaraq turnirlə vidalaşmalarına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Bu, çox ağır məğlubiyyətdir. Dünya çempionatı bizim üçün başa çatdı və hazırda bunu ifadə etmək çətindir. Buraya böyük arzularla gəlmişdik. Komanda olaraq əlimizdən gələni etdik, amma bu kifayət etmədi.

Bütün azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Həm bizimlə birlikdə səfər edənlərə, həm də evdən bizi izləyənlərə minnətdaram. Sizin dəstəyinizi hər addımda hiss edirdik. Bu ölkəni və bu formanı təmsil etdiyim üçün qürur duyuram. Bu məğlubiyyəti unutmaq üçün bizə vaxt lazım olacaq. Amma daha güclü qayıdacağıq", – deyə Florian Virts bildirib.

Qeyd edək ki, Almaniya millisi dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.







Dünya çempionatı

Holand Mbappe ilə eyni göstəriciyə çatdı
  • Dünya çempionatı
  • 00:30 01.07.2026
Holand Mbappe ilə eyni göstəriciyə çatdı
"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"
  • Dünya çempionatı
  • 00:23 01.07.2026
"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"
Holand Norveçi 1/8 finala daşıdı
  • Dünya çempionatı
  • 23:07 30.06.2026
Holand Norveçi 1/8 finala daşıdı