1 iyul 2026. Çərşənbə

"Bu səviyyədə kiçik detallar böyük fərq yaradır"


"Bu səviyyədə kiçik detallar böyük fərq yaradır"

Fil Dişi Sahili millisinin baş məşqçisi Emer Fae dünya çempionatının 1/16 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə FİFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

"Bu, futbolun bir hissəsidir. Şanslar yaradırsansa, onları dəyərləndirmək lazımdır. Biz ən çətin işi etdik və hesabı bərabərləşdirdik. Təəssüf ki, sonda həmin qolu buraxdıq. Bu, çox üzücüdür", – deyə məşqçi bildirib.

O, komandasının mübarizəsini də yüksək qiymətləndirib:

"Oyunçular sonadək bütün güclərini verdilər və final fitinə qədər mübarizə apardılar. Biz çox motivasiyalı və yaxşı müdafiə olunan rəqiblə qarşılaşdıq. Onlar növbəti mərhələyə yüksəlməyi bacardılar. Bu səviyyədə hər şeyi xırda detallar həll edir. Rəqibdən asılı olmayaraq, ilk dəqiqədən sonadək diqqətli olmaq lazımdır", – deyə Fae əlavə edib.

Mütəxəssis futbolçuların inkişafına da toxunub:

"Bu, bizim oyunçular üçün ilk dünya çempionatı idi. Düşünürəm ki, onlar çox şey öyrəndilər. İndi daha güclü olmaq və gələcək çağırışlara daha yaxşı hazırlaşmaq üçün çalışacağıq", – deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, Norveç millisi 1/8 finalda Braziliya yığması ilə qarşılaşacaq.







Dünya çempionatı

Holand Mbappe ilə eyni göstəriciyə çatdı
  • Dünya çempionatı
  • 00:30 01.07.2026
Holand Mbappe ilə eyni göstəriciyə çatdı
"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"
  • Dünya çempionatı
  • 00:23 01.07.2026
"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"
Holand Norveçi 1/8 finala daşıdı
  • Dünya çempionatı
  • 23:07 30.06.2026
Holand Norveçi 1/8 finala daşıdı