- Dünya çempionatı
- 00:30 01.07.2026
Norveç millisinin hücumçusu Erlinq Holand Fransa yığmasının futbolçusu Kilian Mbappe ilə milli komandadakı qollarının sayına görə bərabərləşib.
90deqiqe.Az xəbər verir ki, bu hadisə 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Fil Dişi Sahili ilə Norveç arasında keçirilən oyunda baş verib. Qarşılaşma ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən “Ey-Ti-end-Ti” stadionunda oynanılıb və Norveçin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun baş hakimi venesuelalı Xesus Valensuela olub.
Holand görüşün 86-cı dəqiqəsində fərqlənərək Norveç millisində 60-cı qolunu vurub. Eyni sayda qola malik olan Kilian Mbappe də Fransa millisində 60 dəfə fərqlənib. Lakin Holand bu göstəriciyə 48 oyun daha az keçirərək çatıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və 11 iyun – 19 iyul tarixlərini əhatə edir. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci il finalında Argentina və Fransa yığmaları qarşılaşıb, əsas vaxt 3:3 bitsə də, penaltilərdə Argentina 4:2 hesabı ilə qalib gəlib.