13 iyul 2026. Bazar ertəsi

ABŞ azlıqda qalsa da, 1/8 finala yüksəldi


ABŞ azlıqda qalsa da, 1/8 finala yüksəldi

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində ABŞ millisi doğma azarkeşləri önündə Bosniya və Herseqovinanı məğlub edərək növbəti mərhələyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, San-Fransiskoda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

ABŞ yığmasının qollarını 45-ci dəqiqədə Folarin Baloqan və 82-ci dəqiqədə Malik Tillman vurublar.

Qarşılaşmanın ikinci hissəsində amerikalılar azlıqda qalıblar. Hesabı açan Baloqan 64-cü dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Buna baxmayaraq, ABŞ üstünlüyünü qorumağı bacarıb və ikinci qolla qələbəsini rəsmiləşdirib.

Bu nəticədən sonra ABŞ millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Amerika təmsilçisi növbəti raundda Belçika ilə üz-üzə gələcək.







Dünya çempionatı