2 iyul 2026. Cümə axşamı

"Bu məşqçilərlə oynamayacağam"


"Bu məşqçilərlə oynamayacağam"

Seneqal millisinin yarımmüdafiəçisi Pap Qeye yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, İspaniyanın "Vilyarreal" klubunda çıxış edən futbolçu bu qərarını DÇ-2026-nın 1/16 final mərhələsində Belçikaya 2:3 hesabı ilə uduzduqları oyundan sonra sosial şəbəkə hesabında elan edib.

26 yaşlı yarımmüdafiəçi hazırkı məşqçilər korpusu komandada fəaliyyətini davam etdirdiyi müddətdə Seneqal millisinin formasını geyinməyəcəyini bildirib.

Pap Qeye dünya çempionatında keçirdiyi dörd oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, xüsusilə İraq millisi ilə qarşılaşmada dubla imza ataraq komandasının əsas simalarından biri olub.

Qeyd edək ki, Pap Qeye 2021-ci ildən Seneqal millisində çıxış edirdi. O, bu müddətdə yığmanın heyətində keçirdiyi 45 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.







Dünya çempionatı

"Bu, millidəki son oyunum idi"
  • Dünya çempionatı
  • 10:32 02.07.2026
"Bu, millidəki son oyunum idi"
"Bu məşqçilərlə oynamayacağam"
  • Dünya çempionatı
  • 09:43 02.07.2026
"Bu məşqçilərlə oynamayacağam"
ABŞ azlıqda qalsa da, 1/8 finala yüksəldi
  • Dünya çempionatı
  • 08:02 02.07.2026
ABŞ azlıqda qalsa da, 1/8 finala yüksəldi
Holand Mbappe ilə eyni göstəriciyə çatdı
  • Dünya çempionatı
  • 00:30 01.07.2026
Holand Mbappe ilə eyni göstəriciyə çatdı
"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"
  • Dünya çempionatı
  • 00:23 01.07.2026
"Bu məğlubiyyəti qəbul etmək çox ağırdır"