14 iyul 2026. Çərşənbə axşamı

"Bu texniki heyətlə milliyə qayıtmayacağam"


"Bu texniki heyətlə milliyə qayıtmayacağam"

Seneqal millisində dünya çempionatından erkən ayrıldıqdan sonra qalmaqal yaşanıb.

90deqiqe.Az xəbər verir ki, yığmanın futbolçusu Papa Qeye texniki heyət dəyişməyəcəyi təqdirdə milli komandaya qayıtmayacağını açıqlayıb.

Futbolçunun sözlərinə görə, Belçika ilə keçirilən oyunda əvəzlənməsi onun üçün son damla olub. O hesab edir ki, məhz həmin dəyişiklikdən sonra komandanın oyunu pozulub.

"Dünya çempionatındakı uğursuzluğumuz barədə mütləq danışacağam. Amma hələlik bildirmək istəyirəm ki, hazırkı texniki heyət komandada qaldığı müddətdə milli formaya qayıtmayacağam", - deyə Papa Qeye bildirib.

Qeyd edək ki, Papa Qeye hazırda İspaniyanın "Vilyarreal" klubunun formasını geyinir.







Dünya çempionatı

"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı