14 iyul 2026. Çərşənbə axşamı

"Pley-offda favorit olmur"


"Pley-offda favorit olmur"

İsveçrə millisinin baş məşqçisi Murat Yakin dünya çempionatının 1/16 finalında Əlcəzairə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, iyulun 3-də baş tutacaq qarşılaşma ərəfəsində təcrübəli mütəxəssis rəqib komandanın baş məşqçisi Vladimir Petkoviçlə uzun illərə söykənən tanışlığından danışıb.

"Biz bir-birimizi çox yaxşı tanıyırıq. Mən "Tun" klubunda işləyəndə bir həftə "Yanq Boyz"da Petkoviçin yanında təcrübə keçmişdim. Onun necə çalışdığını, futbolçularla necə münasibət qurduğunu yaxından görmək mənim üçün çox faydalı təcrübə olmuşdu", - deyə Yakin bildirib.

İsveçrəli çalışdırıcı şəxsi münasibətlərin qarşıdakı oyuna təsir etməyəcəyini də vurğulayıb.

"İndi bunun heç bir əhəmiyyəti yoxdur. Qarşıda yalnız İsveçrə və Əlcəzair milliləri var. Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxacaq", - deyə o qeyd edib.

Murat Yakin pley-off mərhələsində favorit anlayışının olmadığını da bildirib:

"Pley-offda favorit olmur. Belə oyunlarda hər şeyi xırda detallar və komandaların hazırkı forması həll edir".

Qeyd edək ki, Murat Yakinin rəhbərlik etdiyi komandalar indiyədək Vladimir Petkoviçin çalışdırdığı kollektivlərlə keçirdiyi altı qarşılaşmanın heç birində məğlub olmayıb.







Dünya çempionatı

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı