17 iyul 2026. Cümə

Konqo millisinin baş məşqçisi ağır itki ilə sarsıldı


Konqo millisinin baş məşqçisi ağır itki ilə sarsıldı

Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyan Dezabr dünya çempionatında atasının vəfatı xəbəri ilə sarsılıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis acı xəbəri İngiltərə ilə keçirilən dünya çempionatının 1/16 final oyunundan sonra təşkil olunan mətbuat konfransında alıb.

Konqo Demokratik Respublikası millisi qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyərək İngiltərəyə 1:2 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb. Elə həmin gün Sebastyan Dezabrın atası dünyasını dəyişib.

Millinin mətbuat katibi mətbuat konfransında çıxış edərək baş məşqçinin atasının vəfat etdiyini açıqlayıb və ailəsinə dərin hüznlə başsağlığı verib.

Bu açıqlamadan sonra Sebastyan Dezabr böyük kədər içində mətbuat konfransını yarımçıq tərk edib.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"