17 avqust 2026. Bazar ertəsi

İspaniya Avstriyanı darmadağın edərək 1/8 finala yüksəldi


İspaniya Avstriyanı darmadağın edərək 1/8 finala yüksəldi

2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində İspaniya millisi Avstriya yığmasını 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-ın İnglvud şəhərində yerləşən “SoFi” stadionunda keçirilən qarşılaşmanı isveçli hakim Qlenn Nüberq idarə edib.

Oyunun 29-cu dəqiqəsində Mark Kukurelya fərqlənsə də, onun qolu Avstriya qapıçısına qarşı qayda pozuntusu səbəbindən ləğv olunub. Yeddi dəqiqə sonra Mikel Oyarzabal hesabı açıb.

İkinci hissədə Pedro Porro, 66-cı dəqiqədə komandasının üstünlüyünü artırıb. Görüşün 89-cu dəqiqəsində isə Oyarzabal ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 3:0.

Beləliklə, Luis de la Fuente'nin rəhbərlik etdiyi İspaniya millisi 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, İspaniya H qrupunu 7 xalla lider başa vuraraq pley-off mərhələsinə yüksəlmişdi. Avstriya isə J qrupunda 4 xalla ikinci yeri tutaraq 1/16 finala vəsiqə qazanmışdı.







Dünya çempionatı