4 iyul 2026. Şənbə

Portuqaliya dramatik qələbə ilə 1/8 finala yüksəldi


Portuqaliya dramatik qələbə ilə 1/8 finala yüksəldi

Futbol üzrə dünya çempionatında 1/8 finala vəsiqə qazanan növbəti komanda Portuqaliya millisi olub.

90deqiqe.Az xəbər verir ki, 1/16 final mərhələsində Xorvatiya ilə qarşılaşan portuqaliyalılar dramatik qələbəyə seviniblər.

Görüşdə hesabı 53-cü dəqiqədə İvan Perişiç açaraq Xorvatiyanı önə keçirib. Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu isə 68-ci dəqiqədə penaltidən dəqiq zərbə ilə tarazlığı bərpa edib. Qarşılaşmanın taleyini həll edən qolu isə 90+4-cü dəqiqədə Qonsalu Ramuş vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Beləliklə, Portuqaliya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Komanda növbəti raundda İspaniya yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, bundan əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ milliləri də 1/8 finala vəsiqə qazanıblar.







Dünya çempionatı

Almaniya millisi Yurgen Kloppa tapşırılır
  • Dünya çempionatı
  • 22:43 03.07.2026
Almaniya millisi Yurgen Kloppa tapşırılır
Riyad Mahrez Əlcəzair millisi ilə vidalaşdı
  • Dünya çempionatı
  • 10:23 03.07.2026
Riyad Mahrez Əlcəzair millisi ilə vidalaşdı
Naqelsmann Almaniya millisindən ayrıldı
  • Dünya çempionatı
  • 10:00 03.07.2026
Naqelsmann Almaniya millisindən ayrıldı
Yamaldan diqqətçəkən kulon seçimi  - FOTO
  • Dünya çempionatı
  • 00:57 03.07.2026
Yamaldan diqqətçəkən kulon seçimi - FOTO