18 avqust 2026. Çərşənbə axşamı

İsveçrə inamlı qələbə ilə 1/8 finala yüksəldi


İsveçrə inamlı qələbə ilə 1/8 finala yüksəldi

Futbol üzrə dünya çempionatında 1/8 finala yüksələn növbəti komandalardan biri İsveçrə millisi olub.

90deqiqe.Az xəbər verir ki, 1/16 final mərhələsində Əlcəzairlə üz-üzə gələn avropalılar rəqibini 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıblar.

"BC Palace" stadionunda keçirilən qarşılaşmada hesab 10-cu dəqiqədə Brel Embolonun qolu ilə açılıb. Fasilədən dərhal sonra, 46-cı dəqiqədə Dan Ndoye fərqi artıraraq İsveçrənin üstünlüyünü möhkəmləndirib.

Beləliklə, İsveçrə millisi inamlı qələbə sayəsində dünya çempionatında mübarizəsini 1/8 final mərhələsində davam etdirmək hüququ qazanıb.







Dünya çempionatı