18 avqust 2026. Çərşənbə axşamı

Naqelsmann Almaniya millisindən ayrıldı


Naqelsmann Almaniya millisindən ayrıldı

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann vəzifəsindən ayrılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, Almaniya yığmasının DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında (əsas vaxt 1:1, penaltilər – 3:4) məğlub olaraq mübarizəni dayandırmasından sonra 38 yaşlı mütəxəssis istefa qərarı verib.

Naqelsmann ilk açıqlamasında komandada fəaliyyətini davam etdirməyə hazır olduğunu bildirsə də, sonradan postundan ayrıldığı qeyd olunub.

Məlumata görə, Almaniya millisinin baş məşqçi vəzifəsinə əsas namizəd təcrübəli mütəxəssis Yurgen Klopp hesab edilir.

Qeyd edək ki, Yulian Naqelsmann 2023-cü ildən Almaniya yığmasına rəhbərlik edirdi. O, məşqçilik karyerası ərzində "Hoffenhaym", "Leyptsiq" və "Bavariya" klublarında da çalışıb.







Dünya çempionatı