13 iyul 2026. Bazar ertəsi

Riyad Mahrez Əlcəzair millisi ilə vidalaşdı


Riyad Mahrez Əlcəzair millisi ilə vidalaşdı

Əlcəzair millisinin kapitanlarından biri Riyad Mahrez yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 35 yaşlı hücumçu bu qərarı DÇ-2026-nın 1/16 final mərhələsində İsveçrəyə 0:2 hesablı məğlubiyyətdən sonra verib.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun formasını geyinən təcrübəli vinger 2014-cü ildə Əlcəzair millisində debüt edib və uzun illər komandanın əsas simalarından biri olub.

Qeyd edək ki, Riyad Mahrez milli komandada keçirdiyi 119 oyunda 40 qola və 45 məhsuldar ötürməyə imza atıb. O, oyun sayına görə yalnız Aissa Mandidən (122), qol sayına görə isə İslam Slimanidən (46) geri qalır.







Dünya çempionatı