- Dünya çempionatı
- 22:43 03.07.2026
FIFA dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya ilə Portuqaliya arasında keçirilən oyunda ləğv edilən qolla bağlı rəsmi açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, ali futbol qurumu VAR-ın 90+13-cü dəqiqədə verdiyi qərarın səbəbini "Connected Ball Technology" sistemi vasitəsilə izah edib.
Bildirilib ki, DÇ-2026-nın rəsmi topu olan "Trionda"ya quraşdırılmış texnologiya İqor Matanoviçin topa toxunduğunu qeydə alıb. Bundan sonra top Mario Paşaliçin qarşısına düşüb. Həmin anda Paşaliç oyundankənar vəziyyətdə olduğu üçün vurduğu qol etibarsız sayılıb.
Xatırladaq ki, qarşılaşma Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə portuqaliyalılar dünya çempionatının 1/8 finalına yüksəliblər və növbəti mərhələdə İspaniya yığması ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.