18 avqust 2026. Çərşənbə axşamı

Almaniya millisi Yurgen Kloppa tapşırılır


Almaniya millisi Yurgen Kloppa tapşırılır

Almaniyalı mütəxəssis Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Kerri Hau məlumat yayıb.

Mənbənin iddiasına görə, Almaniya millisi növbəti rəsmi oyununa artıq Yurgen Kloppun rəhbərliyi altında çıxacaq. Bildirilir ki, komanda sentyabrın 24-də Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Niderland yığması ilə qarşılaşacaq və həmin oyunda baş məşqçi funksiyasını məhz Klopp yerinə yetirəcək.

Xatırladaq ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann dünya çempionatı-2026-da uğursuz çıxışdan sonra vəzifəsindən ayrılıb. O, yığmaya 2023-cü ildən rəhbərlik edirdi.







Dünya çempionatı